ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə telefonla danışmağı planlaşdırdığını açıqlayıb.
Qaziler.az bu barədə TASS-a istinadla xəbər verir.
Onun sözlərinə görə, müzakirə mövzusu Ukrayna böhranının həlli üçün gələcək addımlar olacaq.
“Mən onunla (Putinlə) tezliklə danışacağam. Mən ümumiyyətlə anlayacam ki, biz nə etməliyik. Yaxın günlərdə onunla danışacam. Və nə baş verdiyini dəqiq biləcəyəm”, - Tramp deyib.
QAZİLER.AZ