Litva prezidenti Gitanas Nausedanın olduğu təyyarə pilotsuz uçan aparatın aşkarlanması xəbərinə görə bir müddət Vilnüs hava limanına enə bilməyib.
Qaziler.az bildirir ki, bu barədə Litvanın LRT teleradio şirkəti v məlumat yayıb.
Litva prezidentinin mətbuat katibi Tomas Berzinskas: "Onlar Vilnüs hava limanına yaxınlaşarkən pilotsuz təyyarənin aşkarlanması və enişin indi təhlükəli olması barədə məlumat daxil olub. Pilotlar bütün təhlükəsizlik tədbirlərini görüb və bir müddət sonra yerə eniblər", - dedi.
LRT-nin məlumatına görə, pilotsuz təyyarə Vilnüs şəhərinin Liepkalnis rayonu üzərində müşahidə edilib.
QAZİLER.AZ