Politoloq Sinelnikov-Orişak ABŞ-ın Venesuelaya təcavüz edəcəyinə şübhə edir
"ABŞ ordusunun Venesuelaya soxulma ehtimalını mikroskopik adlandırmaq olar".
Qaziler.az bildirir ki, bu barədə politoloq Mixail Sinelnikov-Orişak “Ridus”a müsahibəsində deyib.
Onun sözlərinə görə, Latın Amerikası ölkəsinin prezident Nikolas Maduro ətrafında birləşmə riski yüksəkdir.
"ABŞ-ın Venesuelanı işğal edəcəyini düşünmürəm. Vaşinqton Karakasa təzyiq göstərməyə davam edəcək, çünki ABŞ onun sərhəd bölgəsində loyal rejimlərin olmasında maraqlıdır. Ancaq bir işğal ehtimalı mikroskopikdir. Vaşinqton niyə indi işğal etsin ki? Birincisi, ABŞ-ın Venesuelanın resurslarına ehtiyacı yoxdur. İkincisi, işğalın Venesuela cəmiyyətini Maduronun ətrafında birləşdirməsi və onun hakimiyyətini gücləndirməsi riski var", - politoloq hesab edir.
QAZİLER.AZ