Meksboroda (Böyük Britaniya) 89 yaşlı Ceyms Rounsli paltarları nəmləndiricidən alovlanaraq yanıb.
Qaziler.az bildirir ki, bu barədə "İndependent" xəbər verir.
Hadisə səhər saatlarında kişinin qızdırıcının açılmasını gözləyən zaman qaz kaminini yandırması nəticəsində baş verib.
Onun paltarına qığılcım düşdü və onları yandırdı, lakin kişi bunu dərhal hiss etmədi. Rounsli yanğını söndürməyə çalışsa da, yerə yıxılıb. Ağır yanıq xəsarətləri alan şəxs dünyasını dəyişib. İstintaq müəyyən edib ki, onun paltarında nəmləndirici krem var və britaniyalı dəri xəstəliyini müalicə etmək üçün tətbiq edib. Məhz bu, yanğına səbəb olub.
"Ayağına sürtdüyü kremin bu qədər təhlükəli ola biləcəyini bilmirdik. Tez-tez dəri xəstəliklərini müalicə etmək üçün istifadə edilən bu kremlər müntəzəm istifadə edildikdə paltara asanlıqla hopur və yanğına səbəb ola bilər", - mərhumun nəvəsi qeyd edib.
QAZİLER.AZ