Kim Çen In Putinlə yeni görüşün anonsunu verib - VİDEO

Kim Çen In Putinlə yeni görüşün anonsunu verib - VİDEO backend

Şimali Koreya lideri Kim Çen In tezliklə Rusiya prezidenti Vladimir Putinlə yenidən görüşə biləcəyini bildirib.

Qaziler.az "izvestiya"ya istinadən bildirir ki, o, bunu sentyabrın 3-də Rusiya lideri ilə görüşdən sonra deyib.

O, Putinlə vidalaşarkən: “Tezliklə görüşərik” deyib.

Kim Çen In Rusiya prezidentinə cansağlığı və uğurlar arzulayıb. Bundan sonra onlar üç dəfə qucaqlaşıblar. Buna cavab olaraq Vladimir Putin KXDR rəhbərini Rusiyaya səfərə dəvət edib.

QAZİLER.AZ