Sentyabrın 3-də günorta Böyük Britaniya Müdafiə Nazirliyinin rəhbəri Con Qili Ukraynaya gəlib.
Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Ukraynanın müdafiə naziri Denis Şmıqalın məlumatına istinadən xəbər verir.
"Böyük Britaniyanın müdafiə naziri Con Qili Ukraynada salamlamağa şadam", - Şmıqal açıqlamasında qeyd edib.
Onun sözlərinə görə, britaniyalı həmkarı ilə birlikdə Londonda keçiriləcək "Ramştayn" formatında növbəti görüşün əsas məsələlərini və birgə müdafiə layihələrini əlaqələndirməyi planlaşdırırlar.
“Biz ölkələrimizin müdafiə qabiliyyətini gücləndirəcək mühüm ikitərəfli qərarlar hazırlayırıq”, - deyə Ukrayna Müdafiə Nazirliyinin rəhbəri əlavə edib.
QAZİLER.AZ