Putin və Kim Çen In arasında təkbətək görüş keçirilir - YENİLƏNİB

Putin və Kim Çen In arasında təkbətək görüş keçirilir -  YENİLƏNİB backend

Rusiya Prezidenti Vladimir Putin və Koreya Xalq Demokratik Respublikasının lideri (KXDR) Kim Çen In nümayəndə heyətlərinin iştirakı ilə keçirilən rəsmi danışıqlardan sonra təkbətək formatda söhbəti davam etdirirlər.

Bu barədə "Report" Rusiya KİV-lərinə istinadən xəbər verir.

Liderlərin Pekindəki təntənəli tədbirlər çərçivəsində danışıqları 1,5 saatdan çox davam edib.

10:12

2024-cü ilin iyun ayında Koreya Xalq Demokratik Respublikası (KXDR) və Rusiya Federasiyası arasında Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında müqavilə imzalandıqdan sonra ikitərəfli münasibətlər bütün aspektlərdə inkişaf edir.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə KXDR lideri Kim Çen In bu gün Pekində Rusiya Prezidenti Vladimir Putinlə görüşündə bildirib.

Kim Çen In əlavə edib ki, KXDR Rusiyaya kömək etmək üçün əlindən gələni edəcək.