İngiltərədə əcnəbi tələbələr vizalarının müddəti bitdikdə deportasiya ediləcəyi ilə bağlı xəbərdarlıq ediblər
Qaziler.az xəbər verir ki, ölkənin daxili işlər naziri Yvette Cooper BBC-yə bildirib ki, bəzi əcnəbi tələbələr ölkələrindəki şərtlərin dəyişməz qalmasına baxmayaraq, sığınacaq üçün müraciət edirlər. "Biz əsl qaçqınlara lazımi dəstəyi göstərəcəyik, lakin vəziyyət dəyişməyibsə, tələbələr təhsillərini başa vurduqdan sonra sığınacaq üçün müraciət etməməlidirlər" dedi.
Nazirlikdən verilən məlumata görə, artıq 10 000 əcnəbi tələbəyə vizalarının bitmək üzrə olduğu, ölkədə qaldıqları təqdirdə deportasiya oluna biləcəkləri barədə mesajlar göndərilib.
Mesajda "Əgər qalmaq hüququnuz yoxdursa, ölkəni tərk etməlisiniz. Əks təqdirdə deportasiya ediləcəksiniz" ifadəsi yer alıb.
Bu çərçivədə, təxminən 130.000 tələbə və ailələrinə ölkədə qalmaq üçün qanuni hüquqları olmadığı təqdirdə ölkəni tərk etməli olduqlarını bildirən mesajlar göndəriləcək.
QAZİLER.AZ