Pakistanda partlayış: Ən azı 4 nəfər ölüb

Pakistanda partlayış: Ən azı 4 nəfər ölüb backend

Pakistanın cənub-qərbindəki Bəlucistan əyalətində mitinq zamanı baş verən partlayış nəticəsində 4 nəfər ölüb, 17 nəfər yaralanıb.

Qaziler.az xarici mətbuata istinadən bildirir ki, polis rəsmiləri partlayışın əyalətin paytaxtı Kvettadakı Şahvani stadionu qarşısında mitinq bitdikdən az sonra baş verdiyini bildirib.

Kvetta Xəstəxanasının sözçüsü Dr. Vasim "Baig Dawn" qəzetinə verdiyi açıqlamada 4 nəfərin öldüyünü, 17 nəfərin yaralandığını bildirib.

Yerli televiziya kanalı Samaa News-un görüntüləri yaralıların polis və şəxsi avtomobillərdə xəstəxanalara aparıldığını göstərir.

Partlayışın səbəbi ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

Mitinqi keçmiş baş nazir Sərdar Axtar Menqalın rəhbərlik etdiyi Bəlucistan Milli Partiyası təşkil edib.

QAZİLER.AZ