Rusiya diktatoru Vladimir Putin “zəmanəmizin bəlkə də ən ciddi hərbi cinayətkarıdır”.
Qaziler.az RBC-Ukraynaya istinadən xəbər verir ki, bunu Almaniya kansleri Fridrix Merts Sat.1-ə müsahibəsində deyib.
"O (Putin - red.) hərbi cinayətkardır. O, bəlkə də zəmanəmizin ən ciddi hərbi cinayətkarıdır və indi onu geniş miqyasda görürük", - Merts deyib.
O qeyd edib ki, “Biz sadəcə olaraq müharibə cinayətkarları ilə necə davranacağımızı bilməliyik”.
QAZİLER.AZ