Pakistanın baş naziri Şərif Putinin Moskvaya dəvətinə rus dilində cavab verib
Qaziler.az-ın məlumatına görə, RT xəbər verir ki, Pakistanın baş naziri Şahbaz Şərif Rusiya prezidenti Vladimir Putinin Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Hökumət Başçıları Şurasının iclasında iştirak etmək dəvətinə rus dilində cavab verib.
Tədbir noyabrda Moskvada baş tutacaq.
"Hörmətli cənab Baş nazir, bizim Rusiyada ŞƏT çərçivəsində hökumət başçıları səviyyəsində tədbir planlaşdırılır. Əgər vaxt tapsanız və bunu mümkün hesab etsəniz, biz sizi Moskvada görməyə şad olarıq", - Putin Şərifə müraciət edib.
Cavabında baş nazir gülümsəyərək rusca cavab verib: “Sağ olun, bu, çox yaxşıdır”.
QAZİLER.AZ