Husilər İsraildə Baş Qərargah binası da daxil olmaqla 4 hədəfə pilotsuz təyyarələrlə zərbələr endiriblər.
Qaziler.az bildirir ki, bunu sentyabrın 2-də hərəkatın hərbi sözçüsü Yəhya Sariya husilərə məxsus Al Masirah.telekanalının efirində bildirib.
Onun sözlərinə görə, dronlar Ben-Qurion hava limanına, Aşdod dəniz limanına və Tel-Əvivdəki elektrik stansiyasına da hücum ediblər. Husilərin yaratdığı silahlı qüvvələrin sözçüsünə görə, hücumlar “məqsədlərinə uğurla çatdı”.
Onlar həmçinin iki pilotsuz uçan aparat və qanadlı raketdən istifadə etməklə Qırmızı dənizdə İsrailə aid MSC ABY gəmisinə raket hücumu barədə məlumat veriblər. Gəmi "birbaşa vuruldu".
QAZİLER.AZ