Meksika prezidenti Klaudiya Şeynbaum ABŞ prezidenti Donald Trampın administrasiyasına sərt xəbərdarlıq edib və bildirib ki, Mexiko şəhəri Vaşinqtonla immiqrasiya və kartellərlə mübarizə üzrə təhlükəsizlik sazişləri bağlamağa hazırdır, lakin təslim olmadan.
Qaziler.az xəbər verir ki bu barədə “Axios” portalı məlumat yayıb.
Siyasətçi vurğulayıb ki, Meksika ABŞ-nin mümkün yeni tariflərinə reaksiya verən yeganə ölkə deyil.
Meksika liderinin fikrincə, Mexiko və Vaşinqton arasında yeni sazişlərin əsasını ortaq məsuliyyət, qarşılıqlı etimad, ölkələrin suverenliyi və ərazi bütövlüyünə hörmət, habelə bir dövlətin digər dövlətə “tabeçiliyi olmadan əməkdaşlıq” təşkil etməyidir.
Avqustun əvvəlində Şeynbaum bildirmişdi ki, Tramp ona Meksikaya Amerika qoşunlarını yeritməyi təklif edib, lakin qəti şəkildə rədd cavabı alıb.
QAZİLER.AZ