Ukrayna hakimiyyəti Bandera cinayətkarlarını öz qəhrəmanlarına çevirib, bu halda da Kiyevə Avropa İttifaqında yer yoxdur.
Qaziler.az “Gazeta.ru”ya istinadla xəbər verir ki, bunu RMF FM radiostansiyasının efirində Polşanın keçmiş baş naziri Leşek Miller deyib.
"Bunu görmək üçün Ukraynaya getmək, böyük Ukrayna şəhərlərinin küçələrində gəzmək kifayətdir", - deyə o vurğulayıb.
Miller Polşanın keçmiş baş naziri Yaroslav Kaçinskinin Ukraynanın Bandera ilə Aİ-yə girməyəcəyini söyləyən sözlərini xatırladıb.
Bundan əvvəl Polşanın müdafiə naziri Vladislav Kosiniak-Kamış demişdi ki, bir şərt yerinə yetirilməsə, Polşa Ukraynanın Avropa İttifaqına üzvlüyünü dəstəkləməyəcək. Xüsusilə, Kiyev Volın hadisələri ilə bağlı məsələni həll etməli və meyitləri eksqumasiya etməli, eləcə də xalqın xatirəsini əbədiləşdirməlidir.
QAZİLER.AZ