Ərdoğan Çində rusiyalı həmkarı Vladimir Putinlə təmaslar zamanı Rusiya və ABŞ liderlərinin Alyaskada keçiriləcək sammitini müzakirə edib.
Qaziler.az RİA “Novosti”yə istinadla xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında bildirib.
"Cənab Putinin Alyaska sammitindən hansı nəticələrlə qayıtdığını və bu danışıqlar barədə nə düşündüyünü təhlil etdik. Ağ evin rəhbəri Donald Trampla görüş çox vacib idi. Bu məsələlərlə bağlı cənab Putinin fikrini öyrəndik. Alyaska sammitinin nəticələrini yenidən qiymətləndirmək imkanımız da oldu", - Türkiyə lideri bildirib.
Ərdoğan qeyd edib ki, Türkiyə tərəfi “Türkiyədə İstanbul prosesini davam etdirmək cəhdinin ola biləcəyini” bəyan edəndə Rusiya dövlətinin başçısı belə cavab verib: “Niyə də olmasın?”.
QAZİLER.AZ