Çeçenistan lideri Ramzan Kadırov ABŞ prezidenti Donald Trampın milli geyimdə, çeçen dilində danışan videosunu yerləşdirib.
Qaziler.az xəbər verir ki, bu barədə o özünün “Telegram” kanalında paylaşım edib.
Göründüyü kimi, video neyron şəbəkədən istifadə edilərək yaradılıb.
Ramzan Kadırov videoya yazdığı şərhdə bunları qeyd edib: “Donald Trampın çeçen olduğunu bilirdinizmi? Budur, özü də bunu təsdiqləyıb. O, öz köklərini unutmamağa söz verir”.
QAZİLER.AZ