Tramp COVİD vaksinlərinin effektivliyi ilə bağlı çağırış edib

Tramp COVİD vaksinlərinin effektivliyi ilə bağlı çağırış edib backend

Əczaçılıq şirkətləri dərmanların koronavirusa qarşı effektivliyi ilə bağlı məlumatları açıqlamalıdır.

Qaziler.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp “Truth” sosial şəbəkəsində yazıb.

"Dərman şirkətlərinin COVİD dərmanlarının uğuruna haqq qazandırması çox vacibdir. Bir çoxları bunun milyonlarla insanın həyatını xilas edən möcüzə olduğuna inanır. Digərləri bununla razılaşmır. Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri bu məsələ ilə bağlı müxtəlif fikirlərə parçalanırlar. Mən cavab istəyirəm və bunu indi istəyirəm", - Tramp yazıb.

Ağ ev rəhbəri qeyd edib ki, o, “Pfizer”in və digər istehsalçıların müstəsna materiallarını görüb, lakin onlar geniş ictimaiyyətə təqdim olunmayıb.

QAZİLER.AZ