Çexiyanın keçmiş baş naziri hücuma məruz qalıb

Çexiyanın keçmiş baş naziri hücuma məruz qalıb backend

Çexiyanın keçmiş baş naziri Andrey Babiş rəhbərlik etdiyi müxalif ANO siyasi hərəkatının seçki mitinqində hücuma məruz qalıb.

Qaziler.az xəbər verir ki, bu barədə ČTK agentliyi partiyanın mətbuat katibi Martin Vodiçkaya istinadən məlumat yayıb.

“Andrey Babiş seçki mitinqində hücuma məruz qalıb”, - nəşr yazır.

Agentliyin məlumatına görə, kimsə Babişin başına arxadan metal əşya ilə zərbə endirib. Bundan sonra siyasətçi xəstəxanaya gedib və orada ona tibbi yardım göstərilib. ANO-nun deputatı Aleş Yhelkanın sözlərinə görə, Babiş rentgen müayinəsindən keçib, lakin onun vəziyyəti ilə bağlı başqa təfərrüatlar açıqlamayıb, sadəcə siyasətçinin səhhəti ilə bağlı hər şeyin yaxşı olacağına ümid etdiyini bildirib.

“Novinky” xəbər portalı hücumçunun Babişi balta ilə vurduğunu qeyd edib. Hadisə respublikanın şimal-şərqindəki Dobra kəndində baş verib.

QAZİLER.AZ