"Tramp, Rubio sizin əllərinizi qana bulamaq istəyir" - Maduro

"Tramp, Rubio sizin əllərinizi qana bulamaq istəyir" - Maduro backend

Venesuela ABŞ-la təhdid və təzyiqlərə deyil, hörmətə əsaslanan dialoqa hazırdır.

Qaziler.az RİA “Novosti”yə istinadla xəbər verir ki, bunu ölkə prezidenti Nikolas Maduro bildirib.

"Cənab Prezident Tramp, siz daha diqqətli olmalısınız. Çünki [ABŞ Dövlət Katibi] Marko Rubio sizin əllərinizi qana, Cənubi Amerikalıların, Karib dənizi ölkələrinin, Venesuelalıların qanına bulamaq istəyir. Onlar istəyirlər ki, sizin adınız Tramp həmişəlik qana bulaşsın", - Maduro deyib.

Maduro həmçinin Venesuelanı “imperializmə və müstəmləkəçiliyə itaətsizlikdə dünya çempionları” adlandırıb. O, Karakas və Vaşinqtonun malik olduğu rabitə kanallarının bərpa olunacağına ümid etdiyini bildirib.

Qeyd edək ki, avqustun 28-də “Financial Times” ABŞ Hərbi Dəniz Qüvvələrinin Venesuela sahillərinə səkkiz hərbi gəmi göndərdiyini yazıb. Nəşrin məlumatına görə, gəmilərin göyərtəsində bir neçə min amerikalı hərbçi var.

QAZİLER.AZ