Şokoladın ölçüsünü azaldan "Milka" məhkəməlik ola bilər

Şokoladın ölçüsünü azaldan "Milka" məhkəməlik ola bilər backend

“Mondelez Deutschland” Almaniyada “Milka” şokolad plitələrinin azaldılmasına görə məhkəmə ilə üzləşə bilər.

Qaziler.az xəbər verir ki, bu barədə TASS DPA agentliyinə istinadən məlumat yayıb.

"Bir çox istehlakçılar illərdir “Milka” şokoladı alır və qablaşdırmanın içindəkilərinin dəyişmədiyini güman edirlər. Lakin onlar yanılırlar, çünki bir çox plitələrdə yüksək qiymətə cəmi 90 qram [100 qram əvəzinə] şokolad var", - ekspert Armin Falet deyir:

Mərkəzdən qeyd edilib ki, plitələrin qalınlığı bir qədər - 1 mm azalmasına baxmayaraq, nə konstruksiya, nə də qablaşdırmanın ölçüləri dəyişməyib. Ekspertlər bildiriblər ki, istehsalçı məhsulun ölçüləri haqqında məlumatları dəqiq göstərməlidir və bunu kiçik yazılarla qeyd etməməlidir.

“Mondelez Deutschland” bütün ittihamları rədd edərək, yeni şokolad plitələrinin çəkisinin hələ də qablaşdırmada göstərildiyini və şokoladın ölçüsünün dəyişdirilməsi ilə bağlı məlumatın bütün sosial şəbəkələrdə yerləşdirildiyini əsas gətirib. Şirkət şokoladın ölçüsünün kiçildilməsini kakao paxlasının bahalaşması və digər xərclərin artması ilə izah edib.

QAZİLER.AZ