Finlandiya Aİ-də ən böyük ordu yaratmağı planlaşdırır

Finlandiya Aİ-də ən böyük ordu yaratmağı planlaşdırır backend

Finlandiya hökuməti hərbi ehtiyatın 125 min nəfər artırılması ilə bağlı qanun layihəsini ölkə parlamentinə təqdim edib.

Qaziler.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Beləliklə, hakimiyyət ölkə ordusunu Aİ-nin ən böyük ordusuna çevirmək niyyətindədir.

“Parlamentarilər bu ideyanı təsdiqləsələr, 2031-ci ilə qədər Finlandiya ordusunun sayı 1 milyon nəfərdən çox olacaq. O zaman Helsinki Rusiya və Avropa Birliyinin ən böyük ölkələri ilə rəqabət apara biləcək”, - hökumət bildirib.

Bundan başqa, sənəddə ehtiyatda olan hərbçilərin yaş həddinin 65 yaşa qaldırılması təklif edilir. Kişilər yuxarı yaş həddinə çatdıqları ilin sonuna qədər hərbi xidmətdə qalacaqlar. Qeyd olunur ki, əvvəllər ehtiyatda olanların maksimum yaşı 60 idi.

QAZİLER.AZ