Sentyabrın 5-də Slovakiyanın baş naziri Robert Fitso Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşəcək.
Qaziler.az “News.ru”ya istinadla xəbər verir ki, o, bu barədə “Facebook”da yayımladığı videomüraciəti zamanı bildirib. O qeyd edib ki, görüş Pekindən qayıtdıqdan sonra baş verəcək.
“Sentyabrın 5-i axşam Pekindən qayıtdıqdan sonra cümə günü Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşmək üçün Şərqi Slovakiyaya gedəcəyəm”, - Fitso bildirib.
QAZİLER.AZ