Moskvada miqrantlar smartfon vasitəsilə izləniləcək

Moskvada miqrantlar smartfon vasitəsilə  izləniləcək backend

2025-ci il sentyabrın 1-dən Moskvaya və Moskva vilayətinə gələn əmək miqrantları “Amina” mobil proqramı vasitəsilə qeydiyyatdan keçməli olacaqlar.

Qaziler.az TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya Miqrasiya Mərkəzinin baş direktoru Anton İqnatov bildirib. O qeyd edib ki, əcnəbilər geolokasiyanın izlənməsinə razılıq verməli olacaqlar.

“Bu, hüquq-mühafizə orqanlarına təhlükəsizliyə və vicdansız xarici vətəndaşlar tərəfindən hüquq pozuntularının qarşısının alınmasına nəzarəti artırmağa imkan verəcək”, - İqnatov vurğulayıb.

Rusiya Miqrasiya Mərkəzinin baş direktoru müsahibəsində qeyd edib ki, “Amina” istifadəçiləri əcnəbinin kartından QR kodu daxil edib şəkil çəkdirməli və yaşayış ünvanını seçməlidirlər. Geolokasiya məlumatları üç gün ərzində yenilənməsə, miqrant miqrasiya reyestrindən çıxarılaraq nəzarət edilən şəxslərin reyestrinə daxil edilə bilər. Qanunu pozan şəxslər nəzarət edilən şəxslərin reyestrinə əlavə oluna, onların bank kartları və SİM kartları bloklana və ya ölkədən çıxarıla bilərlər.

QAZİLER.AZ