Çinə gedən qatarda Kim Çen Inın nə ilə qidalandığı açıqlanıb

Çinə gedən qatarda Kim Çen Inın nə ilə qidalandığı açıqlanıb backend

KXDR lideri Kim Çen In İkinci Dünya Müharibəsində qələbənin 80 illiyi ilə bağlı tədbirlərdə iştirak etmək üçün Çinə xüsusi zirehli qatarla gedib.

Qaziler.az xəbər verir ki, bu barədə Britaniyanın BBC xəbər agentliyi məlumat yayıb.

Jurnalistlərin iddiasına görə, Şimali Koreya lideri qatarda xərçənglə qidalanıb.

Xəbərdə deyilir ki, sentyabrın 1-də Kim Çeb In Şimali Koreyanın paytaxtını zirehli qatarla tərk edib. Məlumata görə, vaqonda ona nəfis fransız şərabları və təzə xərçəng yeməkləri təqdim edilib.

Nəşrin qeyd etdiyinə görə, səfər gücləndirilmiş təhlükəsizlik tədbirləri altında həyata keçirilir ki, bu da qatarın hərəkətini xeyli ləngidir. Pekinə səyahətin 20 ilə 24 saat arasında davam edəcəyi gözlənilir. Kim Çen Inın Çinə gəlişi isə 2 sentyabr çərşənbə axşamı gününə planlaşdırılıb.

Analitiklərin fikrincə, Şimali Koreya liderinin paradda olması Rusiya prezidenti Vladimir Putin və Çin prezidenti Si Cinpinlə üçtərəfli görüşə zəmin yarada bilər.

QAZİLER.AZ