Tramp sağlamlıq problemləri ilə bağlı şayiələrə münasibət bildirib

Tramp sağlamlıq problemləri ilə bağlı şayiələrə münasibət bildirib backend

Tramp deyib ki, həyatında heç vaxt özünü indiki qədər yaxşı hiss etməyib

Qaziler.az "izvestiya"ya istinadən bildirir ki, ABŞ Prezidenti Donald Tramp bazar ertəsi, sentyabrın 1-də deyib ki, həyatında heç vaxt özünü indiki qədər yaxşı hiss etməyib.

Amerika lideri özünün Truth Social sosial şəbəkəsindəki səhifəsində müxtəlif media və sosial şəbəkələrdə guya “sonunun gəldiyini” və səhhətində yaranan problemlərlə bağlı yayılan xəbərlərə münasibət bildirərək: “Həyatımda heç vaxt yaxşı hiss etməmişəm” deyə yazıb.

Vitse-prezident Cey Di Vens avqustun 28-də bildirib ki, Trampa “nəsə olarsa” o, ABŞ prezidenti vəzifəsini icra etməyə hazırdır.

QAZİLER.AZ