Rusiyanın əməkdar artisti Yevgeni Levitan vəfat edib

Rusiyanın əməkdar artisti Yevgeni Levitan vəfat edib backend

Sovet və rus pianoçusu, görkəmli musiqi müəllimi, Rusiyanın əməkdar artisti Yevgeni Levitan vəfat edib.

QAZİLER.AZ bildirir ki, bu barədə avqustun 31-də Çelyabinsk Dövlət Mədəniyyət İnstitutunun mətbuat xidməti məlumat yayıb.

“30 avqust 2025-ci ildə görkəmli Rusiya musiqiçisi, pianoçu, pedaqoq və ictimai xadim, Rusiyanın əməkdar artisti, Rusiya İfa Sənəti Fondunun mükafatı laureatı Yevgeni Aleksandroviç Levitan vəfat edib”, - Telegram kanalında dərc edilən məlumatda deyilir.

Qeyd olunur ki, Levitan Çelyabinsk Dövlət Mədəniyyət İnstitutunun konservatoriya fakültəsinin xüsusi fortepiano kafedrasının müdiri, həmçinin professor olub.

QAZİLER.AZ