Dünyanın ən böyük aysberqi A23a parçalanıb
Qaziler.az lenta.ru-ya istinadən bildirir ki, dünyanın ən böyük aysberqi A23a yayda təxminən min kvadrat kilometr ərazini itirdi və üç nəhəng parçaya bölündü - onların ölçüləri 60 ilə 300 kvadrat kilometr arasında dəyişir. Bu barədə Arktika və Antarktika Tədqiqat İnstitutunun (AARI) Telegram kanalında məlumat verilib.
Antarktika qışı zamanı aysberq öz kütləsinin üçdə birindən çoxunu itirdi: iyunda A23a 2730 kvadrat kilometr ərazini tuturdusa, indi onun sahəsi 1750 kvadrat kilometrə qədər kiçilib.
İndi nəhəng aysberq Cənubi Corciya adasından cəmi 70 kilometr şimala doğru sürüklənir. Nəhəng hazırda Cənubi Corciya adasından cəmi 70 kilometr şimala doğru sürüklənir. Son aylarda aysberq dəniz axınlarının təsiri altında adanı dövrə vuraraq təxminən 930 kilometr yol qət edib.
QAZİLER.AZ