Hindistanın baş naziri Narendra Modi Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində Rusiya prezidenti Vladimir Putini "Ukraynadakı müharibəni mümkün qədər tez bitirməyə" çağırıb.
Qaziler.az bildirir ki, bu barədə Modinin bəyanatına istinadən RBC-Ukrayna məlumat yayıb.
Çin sammitində Kreml lideri Putinlə görüşü zamanı Modi bildirib ki, onun ölkəsi “sülhün bərqərar olması üçün son vaxtlar görülən bütün səyləri dəstəkləyir”.
"Biz Ukrayna ilə davamlı olaraq orada davam edən münaqişəni müzakirə edirik. Biz sülhün bərqərar olması üçün son vaxtlar görülən bütün səyləri dəstəkləyirik. Ümid edirik ki, bütün tərəflər konstruktiv şəkildə irəliləyəcəklər. Münaqişəyə tezliklə son qoymağa çağırırıq", - Modi deyib.
Eyni zamanda Hindistan lideri əlavə edib ki, Moskva və Dehli arasında əməkdaşlıq “təkcə iki ölkə üçün deyil, həm də “qlobal sülh, sabitlik və firavanlıq” üçün vacibdir.
Qeyd edək ki, Modi Çinə səfəri ərəfəsində Ukrayna prezidenti Vladimir Zelenski ilə danışıb.
QAZİLER.AZ