Putin və Modi eyni avtomobildə ikitərəfli görüşün keçiriləcəyi yerə gediblər

Putin və Modi eyni avtomobildə ikitərəfli görüşün keçiriləcəyi yerə gediblər backend

Putin və Modi birlikdə "Aurus"la danışıqlara gediblər.

Qaziler.az "İzvestiya"ya istinadən bildirir ki, Rusiya prezidenti Vladimir Putin və Hindistanın baş naziri Narendra Modi Çində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitindən sonra eyni avtomobildə ikitərəfli görüşün keçirildiyi yerə gediblər.

“Onunla (Putin. — Red.) söhbətlər həmişə mənalıdır”, - Modi X sosial şəbəkəsindəki hesabında (keçmiş Twitter) vurğulayıb.

Daha sonra “İzvestiya”nın müxbiri Nikolay İvanov qeyd edib ki, Rusiya ilə Hindistan arasında danışıqlar elə maşındaca başlaya bilərdi.

Ölkə liderlərinin avtomobilin içərisində bir saata yaxın danışdıqları dəqiqləşdirilib.

QAZİLER.AZ