Nigeriyada sərnişin qayığı batıb, 13 nəfər ölüb

Nigeriyada sərnişin qayığı batıb, 13 nəfər ölüb backend

Nigeriyanın Zamfara əyalətində sərnişin qayığının çayda batması nəticəsində 13 nəfər ölüb.

Qaziler.az bildirir ki, yerli medianın məlumatına görə, Zamfara əyalətinin Birnin Magaji rayonunda sakinlərin silahlı dəstələrin hücumlarından xilas olmaq üçün mindiyi qayıq batıb.

Qəza nəticəsində 13 nəfər ölüb, 22 nəfər itkin düşüb.

Səlahiyyətlilər ərazidə axtarış-xilasetmə işlərinin davam etdiyini və ölənlərin sayının artacağından ehtiyatlandığını bildirib.

Yağışlı mövsümdə Nigeriyada çay və göllərdə qayıq qəzaları tez-tez baş verir.

QAZİLER.AZ