Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Tramp eyni limuzində təxminən on dəqiqə söhbət ediblər.
Qaziler.az xəbər verir ki, bu barədə “NBC News” müxbirləri məlumat yayıb.
Onların sözlərinə görə, Rusiya lideri amerikalı həmkarı ilə tərcüməçinin köməyi olmadan ingilis dilində ünsiyyət qurub.
Jurnalistlər hər iki prezidentin uçuş-enmə zolağından birlikdə çıxdığını və Trampın prezident avtomobilində dialoqu davam etdirdiklərini qeyd ediblər. “NBC News”un müxbiri Kir Simmonsun sözlərinə görə, Putin ingilis dilini vasitəçisiz danışacaq qədər səlis danışır.
QAZİLER.AZ