"Ölkədəki iğtişaşlar kənardan təhrik edilib" - Vuçiç

"Ölkədəki iğtişaşlar kənardan təhrik edilib" - Vuçiç backend

Serbiyadakı etirazlar zamanı iğtişaşlar daha çox kənardan təhrik edilib.

Qaziler.az RİA “Novosti”yə istinadla xəbər verir ki, bunu Serbiyanın Radio və Televiziyasının efirində ölkənin prezidenti Aleksandr Vuçiç bildirib.

"Bunun daha çox kənardan təhrik edildiyini deməsəm, çox sadəlövh və vicdansız olardım. Gəlin sadəlövh olmayaq. Kraquyevaçda polisin vəhşiliyi və polisləri öpmək cəhdi ilə bağlı deyilənlərin hamısı artıq "ərəb baharı"ndan tutmuş 25 il əvvəl ölkəmizdə baş verənlərə qədər müxtəlif rəngli inqilablarda öz əksini tapıb", - siyasətçi deyib.

O qeyd edib ki, bunlar heç də böyük yeniliklər deyil.

QAZİLER.AZ