Amerika Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Donald Trampın Alyaskada keçirəcəyi görüşün şüarını müəyyən edib. Bu, "Sülhün ardınca" şüarıdır.
Qaziler.az bu barədə RİA “Novosti”yə istinadla xəbər verir.
Qeyd edək ki, avqustun 15-də Putin və Tramp Alyaskada danışıqlar aparacaq. Əsas mövzu Ukraynada sülhdür. Görüş Bakı vaxtı ilə saat 23:00-a planlaşdırılıb və təkbətək görüşlə başlayacaq. Müzakirə olunan təkliflər arasında ərazilərin mübadiləsi və Kiyevin NATO-ya üzv olmaqdan imtinası ola bilər. Görüşdə Rusiya və ABŞ arasında iqtisadi əməkdaşlıq məsələlərinə də toxunulacaq.
QAZİLER.AZ