Milyarder Ceff Bezosun anası Jaklin uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib
Avqustun 14-də milyarder və "Amazon"un sahibi Ceff Bezosun anası Jaklin Bezos evində vəfat edib.
Qaziler.az bildirir ki, bu barədə "New York Times" məlumat yayıb.
Dünyanın ən zəngin insanlarından birinin anası xəstəliklə uzun sürən mübarizədən sonra 78 yaşında dünyasını dəyişib. O, demensiyadan əziyyət çəkirdi.
Jaklin Ceffi çox erkən - 17 yaşında, Albukerkedə məktəbli olanda dünyaya gətirdi. Məktəb onu qovmağa çalışsa da, gələcək milyarderin babası direktorla danışıq aparıb ki, qızı təhsilini başa vursun. Daha sonra o, Ceffi övladlığa götürən kubalı miqrant Migel Bezosla evlənib.
QAZİLER.AZ