Zelenski və Makron Alyaska sammitindən sonra görüşəcək

Zelenski və Makron Alyaska sammitindən sonra görüşəcək backend

Fransa və Ukrayna prezidentləri qarşıdan gələn görüşlə bağlı razılığa gəliblər. Bu, Amerika prezidenti Donald Tramp və Rusiya diktatoru Vladimir Putin arasında baş tutacaq görüşdən sonra olacaq.

Qaziler.az bildirir ki, bu barədə BFM TV xəbər verir.

Prezident Tramp və Putin arasında axşam görüşündən əvvəl Fransa lideri Emmanuel Makron Ukrayna prezidenti Vladimir Zelenski ilə Ukraynadakı vəziyyəti fəal müzakirə edib.

"Onlar arasında sıx və davamlı dialoq var", - Fransa prezidentinin ətrafı qeyd edib.

Konkret tarix və yer hələ müəyyən edilməsə də, prezidentlər sammitdən sonra münasib vaxtda öz görüşlərini keçirməyə razılaşıblar.

“Prezident Makron və prezident Zelenski Alyaskadakı sammitdən sonra münasib vaxtda görüşmək barədə razılığa gəliblər”, - prezident sarayı məsələyə aydınlıq gətirib.

Qeyd edək ki, Zelenski artıq Almaniya və İngiltərədəki müttəfiqləri ilə görüşsə də, Fransada dayanmayıb.

QAZİLER.AZ