ABŞ-da həbs edilən rusiyalı biznesmenin valideynləri Putinə müraciət edib

ABŞ-da həbs edilən rusiyalı biznesmenin valideynləri Putinə müraciət edib backend

ABŞ-da həbs edilən rusiyalı iş adamı Denis Postovoyun valideynləri onun azadlığa buraxılmasına köməklik göstərilməsi xahişi ilə Rusiya prezidenti Vladimir Putinə müraciət ediblər,

Qaziler.az bildirir ki, bu barədə Postovoyun ailəsinə yardım edən Beynəlxalq İnsan Hüquqlarını Müdafiə Komitəsinin Rusiya bölməsinin vitse-prezidenti İvan Melnikov “Kommersant”a bildirib. Buna səbəb Amerika həbsxanasında iş adamının səhhətinin kəskin şəkildə pisləşməsi olub.

Melnikov izah edib ki, Putinə müraciət Rusiya və ABŞ liderlərinin Alyaska görüşü ərəfəsində elektron qəbul vasitəsilə göndərilib. Məktubda bildirilir ki, məhbusun ciddi xəstəlikləri var.

Hüquq müdafiəçisinin sözlərinə görə, Postovoy bir neçə aydır lazımi tibbi yardım almayıb və bu onun həyatı üçün birbaşa təhlükə yaradır.

Müraciətdə ailənin ağır maddi durumu xüsusi vurğulanır. Postovoyun ailəsi izah etdi ki, bütün əmanət və borc vəsaitləri amerikalı vəkillərin xidmətlərinin ödənilməsinə xərclənib. "Dörd uşağı ilə (üçü məktəbli, biri 4 aylıq südəmər -red.) ABŞ-da qalan iş adamının həyat yoldaşı işləyə bilmir", valideynləri qeyd ediblər.

Melnikov qeyd edib ki, Postovoyun tibbi yardım almaq hüquqlarının pozulması ilə bağlı daha əvvəl ABŞ-ın baş prokuroru Pamela Co Bondi ilə əlaqə saxlayıb. Onun sözlərinə görə, həbsxana həkimləri cərrahiyyə əməliyyatının zəruriliyini etiraf  edir, lakin bunu etmirlər.

QAZİLER.AZ