Tramp Alyaskada "problem həll edilməsə" Rusiyaya qarşı yeni sanksiyalar vəd edib

Tramp Alyaskada "problem həll edilməsə" Rusiyaya qarşı yeni sanksiyalar vəd edib backend

ABŞ prezidenti Donald Tramp avqustun 15-də  Vladimir Putinlə görüşündə Ukraynada müharibənin dayandırılması ilə bağlı razılıq əldə olunmasa, Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək.

Qaziler.az bildirir ki, bu barədə CNN Trampın Ağ Evdə jurnalistlər qarşısında çıxışına istinadən məlumat yayıb.

Trampın jurnalistin "əgər Putin "hörmətsizlik" etsə, Rusiyaya qarşı daha çox sanksiyalar tətbiq edəcəkmi?" sualına cavabı belə olub:

"Əlbəttə, əgər problem həll olunmasa. Baxın, bir dənə də olsun əsgər itirmədik, heç kəsi itirmədik. Amma bu, müharibə idi, mən müdaxilə etməsəydim, III Dünya Müharibəsi ola bilərdi, mən sizə deyirəm. Baydenin nə baş verdiyindən zərrəcə xəbəri yox idi", - ABŞ prezidenti cavab verib.

O, əlavə edib ki, Ukraynada vəziyyət çox pisləşir və o, “ən azı, vəziyyəti xeyli sakitləşdirib”.

"Düşünürəm ki, mənimlə razılaşacaqsınız. Amma onlar hələ də həftədə minlərlə əsgər itirirlər və biz bu problemi həll etməliyik", - Tramp deyib.

QAZİLER.AZ