Rusiya prezidenti Vladimir Putin Alyaskaya gedərkən ölkənin regionlarından birinə baş çəkəcək.
Qaziler.az bildirir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov jurnalist Pavel Zarubinə şərhində bildirib.
Prezidentin mətbuat katibinin sözlərinə görə, Putin müxtəlif regionlara səfər etmək üçün həmişə uzun səfərlərdən istifadə edir. Bu yolla dövlət başçısı regional işi beynəlxalq məsələlərlə birləşdirir.
"Bu dəfə də belə olacaq", - Peskov yekunlaşdırıb.
Putin avqustun 15-də Alyaskaya gedəcək və orada ABŞ prezidenti Donald Trampla ikitərəfli danışıqlar aparacaq.Liderlər Ukraynadakı münaqişənin həlli variantlarını müzakirə edəcəklər.
QAZİLER.AZ