Diplomatik missiyasını başa vuran Oreliya Buşez ilə görüşdə Özbəkistanın dövlət başçısı onun əməyini və iki ölkə arasında tərəfdaşlığın inkişafına verdiyi şəxsi töhfəni yüksək qiymətləndirdi.
Şavkat Mirziyoyev Özbəkistanda diplomatik fəaliyyətini başa vuran Fransanın fövqəladə və səlahiyyətli səfiri Aureliya Buşezi qəbul edib.
Qaziler.az bildirir ki, bu barədə Özbəkistan prezidentin mətbuat xidməti məlumat yayıb.
Özbəkistan dövlətinin başçısı Fransa səfirinin iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin inkişafı və möhkəmləndirilməsində səmərəli fəaliyyətini və şəxsi töhfəsini xüsusi qeyd etdi.
O, yüksək səviyyədə qarşılıqlı səfərlərin Özbəkistan-Fransa əməkdaşlığını keyfiyyətcə yeni səviyyəyə çıxarmağa imkan verdiyini, onun gündəliyini konkret məzmunla doldurduğunu vurğulayıb. Ticarət-iqtisadi sahədə nəzərəçarpacaq irəliləyiş əldə olunub: son illər ticarət dövriyyəsi 4 dəfə artıb, Fransanın aparıcı şirkətləri və təşkilatları ilə 10 milyard dollardan artıq layihələr həyata keçirilir.
Görüşün sonunda Özbəkistan-Fransa dostluq və strateji tərəfdaşlıq münasibətlərinin möhkəmlənməsinə verdiyi böyük töhfəyə görə dövlət başçısı Oreliya Buşezi “Dustlik” ordeni ilə təltif edib.
QAZİLER.AZ
