Putin Alyaskada Ukrayna ilə bağlı sövdələşmə aparmaq istəyir - Tramp

Putin  Alyaskada Ukrayna ilə bağlı sövdələşmə aparmaq istəyir -  Tramp backend

Rusiya diktatoru Vladimir Putinin ABŞ prezidenti Donald Trampla sabahkı görüşdə Ukrayna ilə bağlı razılaşma əldə etmək istədiyi iddia edilir.

Qaziler.az xəbər verir ki, Amerika liderinin sözlərini CNN sitat gətirir.

"İnanıram ki, o (Putin - red.) indi əmindir ki, (Ukraynaya qarşı müharibəni bitirmək üçün - red.) razılıq əldə edəcək. O, sövdələşməyə hazırlaşır. Məncə, o bunu edəcək. Və biz bunu öyrənəcəyik - mən bunu çox tez öyrənəcəyəm", - Tramp bildirib.

ABŞ prezidentinin sözlərinə görə, onun məqsədi Ukrayna prezidenti Vladimir Zelenskinin iştirakı ilə üçtərəfli görüşə doğru irəliləməkdir. Hazırda Alyaska da daxil olmaqla "üç fərqli yer nəzərdən keçirilir".

"Görüş pis olarsa, mən heç kimə zəng etmirəm - evə gedirəm... Amma görüş yaxşı olarsa, prezident Zelenskiyə və Avropa liderlərinə zəng edəcəm", - Tramp qeyd edib.

QAZİLER.AZ