Ərdoğan NATO-nun baş katibi Rutte ilə telefonla danışıb

Ərdoğan NATO-nun baş katibi Rutte ilə telefonla danışıb backend

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, baş katibin xahişi ilə NATO-nun baş katibi Mark Rutte ilə telefon danışığı aparıb.

Qaziler.az bildirir ki, bu barədə TRT-Haber məlumat yayıb.

Prezident Rabitə Müdirliyinin sosial media hesabında yer alan yazıya görə, Ərdoğan və Rutte arasında keçirilən görüşdə Ukrayna ilə Rusiya arasındakı müharibə ilə bağlı son inkişaflar, regional və qlobal məsələlər müzakirə edilib.

Prezident Ərdoğan görüşdə Ukrayna ilə Rusiya arasında daimi atəşkəsə nail olmaq üçün Türkiyənin başlatdığı İstanbul danışıqlarında irəliləyişə nail olunduğunu bildirib və bu prosesin humanitar sahədə də müsbət irəliləyişlərə şərait yaradacağına inandığını bildirib.

Görüş zamanı NATO-nun baş katibi Rutte ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında keçiriləcək Alyaska Sammiti öncəsi Ukraynadakı mövcud vəziyyəti dəyərləndirib.

Prezident Ərdoğan Türkiyənin Alyaskadakı görüşü yaxından izlədiyini də bildirib.

QAZİLER.AZ