ABŞ prezidenti Donald Trampın Rusiya prezidenti Vladimir Putinlə görüşmək üçün Vaşinqtondan Alyaskaya uçması cümə günü səhərə planlaşdırılıb.
Qaziler.az bildirir ki, bu barədə avqustun 14-də Ağ Evin mətbuat katibi Kerolayn Levitt 2Fox News"a müsahibəsində bildirib.
“Sabah səhər tezdən (Vaşinqton vaxtı ilə – red.) o, Ağ Evi tərk edərək, Alyaska ştatının Ankoric şəhərindəki birgə hərbi bazamıza gedəcək və orada prezident Putinlə şəxsi görüş keçirəcək”, - o bildirib.
Mətbuat katibi onu da bildirib ki, Rusiya və ABŞ liderlərinin ikitərəfli danışıqlarından sonra nümayəndə heyətlərinin iştirakı ilə birgə şam yeməyi və dövlət başçılarının birgə mətbuat konfransı planlaşdırılıb, Gazeta.Ru dəqiqləşdirir.
QAZİLER.AZ