Avropa Putin, Tramp və Zelenskinin görüşü üçün "yer axtarır"

Avropa Putin, Tramp və Zelenskinin görüşü üçün "yer axtarır" backend

Avropalı siyasətçilər Rusiya prezidenti Vladimir Putin, ABŞ prezidenti Donald Tramp və Ukrayna lideri Volodimir Zelenski arasında potensial görüş üçün “aktiv şəkildə” məkan axtarmağa başlayıblar və onlar sammitin Avropada keçirilməsi ilə razılaşırlar.

Qaziler.az xəbər verir ki, bu barədə Britaniyanın “Sky News” telekanalı məlumat yayıb.

“Müttəfiqlər bu ayın sonuna qədər Donald Tramp, Volodimir Zelenski və Vladimir Putin arasında mümkün görüş üçün bir neçə Avropa məkanını “fəal” qiymətləndirirlər”, - kanalın açıqlamasında qeyd edilib.

Bildirilib ki, üç liderin sammiti cümə günü Alyaskada keçiriləcək görüşün necə keçəcəyindən asılı olacaq, lakin “müttəfiqlər bunun Avropada keçirilməsi ilə razılaşır”.

"Sabahkı görüş uğurlu olarsa, Aİ və ABŞ-ın şənbə günü günortadan sonra hər üç liderin növbəti görüşünə dair görüş keçirəcəyi gözlənilir", - telekanal xəbər verir.

Qeyd edək ki, Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın görüşü avqustun 15-də Alyaskada yerli vaxtla saat 23:30-da başlayacaq.

QAZİLER.AZ