Alyaska görüşü sovet pilotlarının məzarlığı yaxınlığında baş tutacaq - Uşakov

Alyaska görüşü sovet pilotlarının məzarlığı yaxınlığında baş tutacaq - Uşakov backend

Rusiya liderinin köməkçisi Yuri Uşakov hesab edir ki, Rusiya və ABŞ prezidentləri arasında görüşün Elmendorf-Riçardson aviabazasının, sovet pilotlarının dəfn olunduğu yerin yaxınlığında baş tutması simvolik xarakter daşıyır. Onlar “Fort Richardson” memorial qəbiristanlığında dəfn olunublar.

Qaziler.az bu barədə TASS-a istinadla xəbər verir.

Uşakov qeyd edib ki, danışıqların aparılacağı hərbi bazanın yaxınlığında, memorial qəbiristanlıqda doqquz sovet pilotu, həmçinin 1942-1945-ci illərdə “Lend-Lease” proqramı ilə ABŞ-dən təyyarələri daşıyarkən həlak olmuş iki hərbçi və iki mülki şəxs dəfn edilib.

Xatırladaq ki, Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında Alyaskada keçiriləcək görüş Moskva vaxtı ilə saat 22:30-da (Bakı vaxtı ilə 23:30-da) tərcüməçilər ilə təkbətək söhbətlə başlayacaq.

QAZİLER.AZ