ABŞ-nin keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton axmaq adamdır.
Qaziler.az xəbər verir ki, bu fikirləri ABŞ lideri Donald Tramp “Truth Social” sosial şəbəkəsində yazıb.
Tramp keçmiş müşavirinin Rusiyanın qələbəsi ilə bağlı sözlərini şərh edərkən: "Çox ədalətsiz media mənim Putinlə görüşüm üzərində işləyir. KİV davamlı olaraq, işdən qovulmuş uğursuz insanlardan və Con Bolton kimi həqiqətən axmaq adamlardan sitat gətirirlər ki, görüş Amerika torpağında olsa da, "Putin artıq qalib gəlib" fikirlərini səsləndirirlər”, - Ağ evin rəhbəri yazıb.
Qeyd edək ki, Bolton Trampın ilk prezidentlik dövründə milli təhlükəsizlik müşaviri vəzifəsində çalışıb.
QAZİLER.AZ