Fələstinin radikal HƏMAS hərəkatı Qəzza zolağında atəşkəs danışıqlarına tezliklə qayıtmaq istəyir.
Qaziler.az-ın məlumatına görə, “Əl-Qahirə əl-İxbariyyə” telekanalı rəsmi Misir mənbələrinə istinadən xəbər verir ki, bu barədə hərəkatın nümayəndə heyəti Qahirədə Misir kəşfiyyatının rəhbəri Həsən Rəşid ilə görüş zamanı bildirib.
"Görüş zamanı HƏMAS atəşkəs və barışıq danışıqlarına tezliklə qayıtmaqda maraqlı olduğunu bildirib", - mənbə qeyd edib.
Mənbənin sözlərinə görə, Misirin paytaxtında keçirilən görüşlərdə 60 gün müddətinə müvəqqəti atəşkəs razılaşmasının əldə olunması yolları müzakirə olunub.
Mənbə həmçinin qeyd edib ki, Qahirə atəşkəs əldə etmək üçün bütün tərəflərlə əlaqələri gücləndirir.
QAZİLER.AZ