Böyük Britaniyanın baş naziri Kir Starmer Aİ liderləri arasında videokonfransdan sonra bildirib ki, Ukrayna tərəfi münaqişənin nizamlanmasının bir hissəsi kimi etibarlı təhlükəsizlik təminatları ilə təmin edilməlidir.
Qaziler.az “Reuters”ə istinadla bildirir ki, onun fikirləri Britaniya hökumətinin saytında yer alıb.
"Baş nazir açıq şəkildə bildirdi ki, bizim Ukraynaya dəstəyimiz sarsılmazdır. Beynəlxalq sərhədlər güc yolu ilə dəyişdirilməməlidir", - bəyanatda deyilir.
Baş nazirin sözlərinə görə, Kiyev istənilən sövdələşmənin tərkib hissəsi kimi öz ərazi bütövlüyünü təmin etmək üçün etibarlı imkana malik olmalıdır.
QAZİLER.AZ