Litva hökuməti məhsulun yarıdan çoxunu məhv edən güclü yağışlar səbəbindən bütün ölkə ərazisində fövqəladə vəziyyət elan edib.
Qaziler.az bildirir ki, bu barədə “Reuters” ölkənin Nazirlər Kabinetinin saytına istinadla məlumat yayıb.
“Hökumət təbii meteoroloji hadisə - bitkilərin aktiv vegetasiya dövründə uzun sürən yağışla əlaqədar bütün ölkə ərazisində fövqəladə vəziyyət elan etmək qərarına gəlib”, - məlumatda qeyd edilib.
Hökumət yağışların məhsulun 50-70%-ni zədələdiyini və ya məhv etdiyini bildirib. Nazirlər Kabinetindən verilən məlumata görə, bir çox rayonlarda fermerlər məhsullarını su basmış sahələrdən yığa bilmirlər.
Qeyd edilib ki, fövqəladə vəziyyət elan edildikdən sonra fermerlərin dəymiş ziyanla bağlı iddia qaldırmaq imkanı var.
QAZİLER.AZ