Roma Papası XIV Leo Rusiya prezidenti Vladimir Putinlə amerikalı həmkarı Donald Tramp arasında Alyaskada keçirilən görüşdən sonra Ukraynada atəşkəsin əldə ediləcəyinə ümid etdiyini bildirib.
Qaziler.az xəbər verir ki, Roma Papası bu barədə “Ansa” xəbər agentliyinə müsahibəsində deyib.
"Mən hər zaman atəşkəsə, zorakılığın dayandırılmasına və onların razılığa gəlməsinə ümid edirəm. Müharibə niyə bu qədər uzun müddətdir davam edir?", - XIV Leo deyib.
QAZİLER.AZ