Türkiyə hakimiyyəti Ukrayna ilə bağlı liderlər səviyyəsində sammitin keçirilməsi təşəbbüsü ilə çıxış edib, lakin hələlik konkret qərarlar yoxdur.
Qaziler.az xəbər verir ki, bu barədə RİA “Novosti” Ankaradakı mənbəyə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, Türkiyənin vasitəçilik təcrübəsini nəzərə alsaq, əlverişli məkana çevrilə bilər.
“Ən yüksək səviyyədə prezident (Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan) şəxsən Rusiya Federasiyası, ABŞ və Ukrayna liderlərinin Türkiyədə zirvə görüşünün keçirilməsi təşəbbüsü ilə çıxış edib”, - deyə mənbə qeyd edib.
Həmçinin əlavə edilib ki, hələlik təklifə konkret cavab yoxdur.
QAZİLER.AZ